Nazarbayev partiya sədri səlahiyyətlərini də Tokayevə ötürdü

  • 23 noy 2021, 23:51
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev “Nur Otan” partiyası sədrinin səlahiyyətlərini hazırki dövlət başçısı Kasım Jomart Tokayevə ötürüb.
Bu barədə Elbaşının mətbuat katibi Aidos Ukibay özünün “Twitter” səhifəsində məlumat verib.
Məlumata əsasən, Siyası Şuranın geniş tərkibli iclasında Nazarbayev partiyaya rəhbərliyi Tokayevə ötürmək barədə qərar qəbul etdiyini bildirib. O, partiyaya prezidentin rəhbərlik etməsinin vacibliyini vurğulayıb.
Ukibayın sözlərinə görə, səlahiyyətlərin ötürülməsi partiyanın nizamnaməsinə əsasən həyata keçiriləcək.
Oxşar xəbərlər