"Barselona" 3 futbolçu alacaq - Laporta açıqladı

  • 06 noy 2021, 16:28
"Barselona" qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək.
Qol.az xəbər verir ki, bu barədə klub prezidenti Joan Laporta "Marca"ya açıqlamasında danışıb. Kataloniya təmsilçisinin qış transfer pəncərəsində sıralarına 3 oyunçu qatacağını bildirib. Bu futbolçulardan biri hücum xətti üçün transfer ediləcək.
Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 16 xalla 9-cudur. Klub ötən həftə baş məşqçisi Ronald Kumanı istefaya göndərib və bu gün həmin vəzifəyə Xavini gətirib.
Oxşar xəbərlər